Roma papası Livana maliyyə yardımı edib


Dünya 07 Avq 2020 21:36:00 156 0

Roma papası Livana maliyyə yardımı edib

Roma papası I Fransisk Beyrut limanında baş vermiş güclü partlayış nəticəsundə zərər çəkən insalara dəstək məqsədilə Livan kilsəsinə 250 min avro ianə verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, maliyyə yardımı Beyrutdakı apostol nunsiaturası vasitəsilə verilib.

Roma papası, həmçinin Livan xalqına dəstək olduğunu açıqlayıb.

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb. 5 mindən çox şəxs yaralanıb.