Yaponiyada alimlər koronavirusun ölkədə yayılma mexanizmini aydınlaşdırıblar


Dünya 07 Avq 2020 21:01:00 138 0

Yaponiyada alimlər koronavirusun ölkədə yayılma mexanizmini aydınlaşdırıblar

Yapon tədqiqatçıların qənaətinə görə may ayından sonra koronavirusun nəzarət altına alındığı güman edildiyi dövrdə də ölkədə bu virusun yayılması davam edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə cari həftənin əvvəllərində koronavirusun genetik analizləri aparıldıqdan sonra məlum olub. Analizlər Yaponiyada virusa yoluxan insanlarda aparılıb. Alimlər bununla ölkədə koronavirusun yayılması mexanizmini aydınlaşdırmağa çalışıblar.

Bildirilir ki, aparılan analizlər nəticəsində Yaponiyada martda yayılan virusun özündə Avropa ştammını əks etdirdiyi məlum olub. Çinin Uxan şəhərində yaranan bu virus Yaponiyaya Avropadan gəlib. Həmin ştammlı virusun əmələ gətirdiyi yoluxma mayda sönüb.

Lakin iyunun ortalarından başlayaraq, ölkədə infeksiya klasterləri müşahidə edilməyə başlayıb. Həmin klasterlərdə yoluxanlardan götürülən nümunələrin genetik analizi bu virusun mutasiya etdiyini təsdiq edib.