Qeyrileqal miqrantları "bioloji silah" adlandırdı


Dünya 07 Avq 2020 20:55:00 143 0

Qeyrileqal miqrantları "bioloji silah" adlandırdı

Koronavirus pandemiyası fonunda Macarıstan ərazisinə daxil olmağa çalışan bütün qeyri-leqal miqrantlar əhalinin sağlamlığı üçün ciddi təhdiddir və müəyyən bioloji təhlükə daşıyır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli radioya müsahibəsində deyib.

Baş nazir bildirib ki, indiki şəraitdə miqrantların müəyyən qrupu "bioloji silah" qismində çıxış edə bilər. Ona görə də onların Macarıstan ərazisinə daxil olmasının qarşısı istənilən şəkildə alınmalıdır.