İndoneziyada məhdudiyyətlər yumşaldıldıqdan sonra


Dünya 07 Avq 2020 20:30:00 152 0

İndoneziyada məhdudiyyətlər yumşaldıldıqdan sonra

İyulun sonlarında yerli hakimiyyət orqanları Bali adasına girişi açdıqdan sonra buraya gələn turistlərin sayı artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Bali adasının turizm agentliyinin rəhbəri Putu Astava bəyan edib. Onun sözlərinə görə, Nqurah-Ray aeroportuna daxili reyslərin gəlişi 17 faiz artıb. Bununla yanaşı, Putu Astava bildirib ki, turizm sektorunun yaxın gələcəkdə əvvəlki səviyyədə qayıdacağını söyləmək çox çətindir.

"Əgər biz turizmin pandemiyaya qədər olduğu qədər qalxacağını gözləsək, düşünürəm ki, bu baş verməyəcək. Çünki məzuniyyətə getmək üçün pul tələb olunur, lakin insanların əksəriyyəti COVID-19-a görə iş yerlərini itirib", - deyə Putu Astava bildirib.

P.Astavanın sözlərinə görə, avqustun 5-də Nqurah-Ray aeroportuna 2128, növbəti gün isə 2419 turist gəlib. Bununla yanaşı, Tanah-Lot və Pandava-Bich kimi klassik istiqamətlər turistlər arasında üstünlük təşkil edir. Həmin istiqamətdə avqustun 5-də 3265 turist gəlib ki, onlardan da 94-ü əcnəbidir.

Turistlərin daha çox getdiyi istiqamətlər arasında Batur gölü və Balinin Botanika bağı populyarlığı ilə seçilir.