Livan Prezidenti: "Partlayışda xarici müdaxilə ehtimalı da var"


Dünya 07 Avq 2020 19:40:00 138 0

Livan Prezidenti: "Partlayışda xarici müdaxilə ehtimalı da var"

Livan Prezidenti Mişel Aun Beyrut limanınıdakı partlayışın səbəbləri arasında xarici müdaxiləni istisna etməyib.   Son.az APA-ya istinadən xəbər verir ki, Livan Prezidenti bu barədə yerli mətbuata bildirib.    "Partlayışın səbəbi hələ müəyyənləşməyib. Raket, bomba və ya başqa bir hərəkət vasitəsi ilə xarici müdaxilə ehtimalı da var", - deyə Mişel Aun deyib.    Livan Prezidenti bildirib ki, avqustun 4-də baş verən partlayışla bağlı tədqiqat üç səviyyədə aparılır: "Birincisi, partlayıcı maddənin ora necə daxil olması və saxlanılması... İkincisi, partlayışın səhlənkarlıq və ya qəza nəticəsində baş verib-verməməsi və nəhayət, üçüncüsü, xarici müdaxilənin olması ehtimalı", - deyə Prezident bildirib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb, onlarla insan itkin düşmüş sayılır.

Son.az