"Disney" 4,7 milyard ziyana uğrayıb


Digərləri 07 Avq 2020 19:10:00 164 0

"Disney" 4,7 milyard ziyana uğrayıb

"Disney" 2020-ci il üçün üçüncü maliyyə hesabatını aparıb.

Son.az axşam.az-a istinadən bildirir ki, pandemiya ərəfəsində şirkətin pul itkisi 4,7 milyard dollar olub.

Onun 3,5 milyard dolları əyləncə parkının bağlanmasına görə hesablanıb. 2019-cu ildə 20,3 milyard dollar gəlir əldə edən "Disney" gəlirin  42 faiz aşağı düşdüyünü bildirib.

2020-ci il girəndən bu günə qədər şirkət 11,8 milyard qazanc əldə etməli idi. Ancaq "Disney" parkları cəmi 923 milyon dollar qazanc gətirib. Ötən il bu rəqəmlər 6,6 milyard dollar idi.

Digər pul itkisi isə qala gecələrdən olub. Belə ki, Covid 19-a görə şirkət bir neçə dəfə premyeraları təxirə salıb.