Sabiq nazir 32 milyardı dövlətə qaytarmalıdır


Dünya 07 Avq 2020 19:16:00 128 0

Sabiq nazir 32 milyardı dövlətə qaytarmalıdır

Rusiya Baş Prokurorluğu Açıq Hökumətin fəaliyyətinin əlaqələndirilməsi üzrə sabiq nazir Mixail Abyzovun 32 milyard rubl dəyərindəki əmlakının müsadirə edilməsini tələb edir.

Son.az xəbər verir ki, bu barədə TASS-a Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

"Baş Prokurorluq Abyzovdan və onun nəzarətində olan xarici şirkətlərdən Rusiya Federasiyasının 32,5 milyard rubl (7,540 milyarda yaxın) gəlir əldə etməsi ittihamı ilə məhkəmədə iddia qaldırıb", - idarədən bildirilib.

İddia bəyannaməsi Moskvanın Qaqarinski Rayon Məhkəməsinə göndərilib.

Baş Prokurorluq bildirib ki, bu vəsait anti-korrupsiya qanunvericiliyi ilə müəyyən edilmiş qadağa və məhdudiyyətləri pozmaqla əldə edilən qeyri-qanuni gəlirdir.