"Köksən, sənə qız vermərik" dedilər,


Digərləri 07 Avq 2020 18:34:00 184 0

"Köksən, sənə qız vermərik" dedilər,

Türkiyədə maraqlı olay yaşanıb.

Son.az bildirir ki, Zonguldağ vilayətində yaşayan 22 yaşlı Akın Türkoğlu adlı oğlan sevdiyi qızın ailəsinə əsəbləşərək 6 ayda 212 kiloqram çəki atıb.

15 il ərzində kökələrək 296 kiloqrama çatan Akın istədiyi qızın ailəsinin "sən köksən, sənə qız vermərik" sözündən qıcıqlanaraq qısa zamanda tanınmaz dərəcədə dəyişib.

6 ay müddətinə hər gün 25 kilometr gəzən Akın dietoloqa müraciət etmədiyini bildirib. O, 6 ay avtomobildən istifadə etmədiyini, hər yerə piyada getdiyini, çoxlu su içdiyini söyləyib.

İstədiyi qızın ailəsindən rədd cavabı alan Akın bildirib ki, onu, həqiqətən, sevən biri ilə ailə quracaq.

İsmayıl Son.az