Bakıda xanım sürücü qəza törətdi:


Digərləri 07 Avq 2020 18:25:00 183 0

Bakıda xanım sürücü qəza törətdi:

Bakıda Zabrat-Kürdəxanı yolunda avtomobil qəzası baş verib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, "KİA Optima" markalı avtomobil "Ravon" markalı avtomobilə çırpılıb.

Daha sonra KİA-nın sürücüsü idarəetməni itirib və maşın yolun kənarındakı dərəyə yuvarlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Dərəyə aşan avtomobilin xanım sürücüsü isə ətrafdakıların köməyilə nəqliyyat vasitəsindən çıxarılıb.

Son.az