Cənubi Koreyada 7 region “xüsusi təbii fəlakət zonası” elan edildi


Dünya 07 Avq 2020 18:10:00 169 0

Cənubi Koreyada 7 region “xüsusi təbii fəlakət zonası” elan edildi

Cənubi Koreya prezidenti Mun Çje İn aramsız yağan leysanlarla əlaqədar ölkənin 7 şəhər və mahalını "xüsusi təbii fəlakət zonası" elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, son günlər ərzində davam edən leysan nəticəsində azı 17 nəfərə həyatını itirib. Daha 10 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakət zonalarında 6 mindən çox bina dağılıb, 2,5 minə yaxın sakin təxliyə edilib.

Yağıntıların davam edəcəyə təqdirdə "xüsusi təbii fəlakət zonaları" siyahısının artacağı istisna edilmir.