Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT


Digərləri 07 Avq 2020 15:52:00 185 0

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

"Rafail Quliyev Kənd Təsərrüfatı Naziriyinin Aparat rəhbəri təyin edilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, buna qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Aqronomluq" fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb.

2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.