"Rəqqasə oldum, hamı bizdən üz döndərdi"


Şou-biznes 07 Avq 2020 15:56:00 199 0

"Rəqqasə oldum, hamı bizdən üz döndərdi"

Sevməyənlərim kimi, məni sevən insanlar az deyil. Həyatımda ən böyük dəstəyim, hər addımımı düşünən anamdır (ağlayır). Evdən çıxanda onu o qədər öpmüşəm, anasız mənə çox çətin olar. O, mənim üçün hər şeydir. 71 yaşı var, deyir həyatda heç nə görmədim. Atam yaraşıqlı kişi olub, gözəl xanımları bəyənib. Anam da onu qısqanıb. Atam xəstə olanda anamdan o qədər yapışmışdı ki, səni incitdim, haqqını halal elə. Deyirəm, anamdan elə qorxuram ki... Son vaxtlar insanlar ana-ata itirir, yaşlılar gedir. Çox qorxuram, onsuz nə edərəm. Mənim üçün dua edən, hər şeyindən keçən bircə anamdır. 

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Həyat, sevgi, göz yaşı" proqramında deyib. Anasından bəhs edən sənətçi göz yaşlarını saxlaya bilməyib. Fatimə anasını incitdiyini etiraf edib:

"Mələk deyiləm... Yalan da danışmayım. Hərdən anamı çox inctmişəm".

İlk ailə qurmasından söz açan sənətçi peşmançılığını gizlətməyib:

"Özümü heç vaxt bağışlamayacam, valideynlərimin sözünə qulaq asmadım. Onlar mənə "yox" dedilər, onlara qarşı çıxdım. Ailə qurdum və çox peşmanam. O insana görə valideynlərimə qarşı çıxmağa və özümə qəsd etməyə dəyməzdi. Həmin sevgidən zərbə aldım, amma qız övladı qazandım. İndi ona görə ağlamıram. Düşünməsin ki, ona görə göz yaşı tökmüşəm və tökürəm. Yox, mən bədbəxt deyiləm. Xoşbəxtəm, gözəl həyatım var, yaxşı ki, həyatımda yoxdur. Qızımı böyütdüm, elə tərbiyə verdim ki...".

Fatimə "Yoldaşınız övladından niyə imtina etdi?" sualına isə belə cavab verib:

"Elə insan var ki, uşağını atır. Eləsi də var ki, övlad üçün yalvarar. Çətin günlər yaşadım və anamla birlikdə ayağa qalxdım. Rəqqasə oldum, hamı bizdən üz döndərdi. Atamın yaxşı vaxtlarında hamı evimizdə olardı, anam süfrə açardı. İllər keçdi hamıya sübut etdim ki, boşanmış, rəqqasə də ayaqüstə durar, sınmadan övladını böyüdər".

Sənətçi ikinci dəfə ailə qurmasından söz açıb:

"Qızım balaca olanda ailə qurdum. Düşünmürdüm ki, ailə qurmaram. Biz qadınlar pişik kimiyik, aldanmaya da dözərik. Amma elə məqam gəlir ki, qapını örtüb getməlisən. Şükür edirəm ki, qarşıma indiki həyat yoldaşım çıxdı. Onu tanıyanda övladımın 12 yaşı var idi. Ona deyirik ki, artıq babasan. Hüseynlə Aydan arasında "atamız ayrıdır" fikri yoxdur".