Bu bürclərin koronavirusa yoluxma riski olduqca azdır


Digərləri 07 Avq 2020 15:07:00 169 0

Bu bürclərin koronavirusa yoluxma riski olduqca azdır

Məşhur astroloq Pavel Qloba, üç bürcdən olan insanların koronavirus COVID-19 ilə yoluxma ehtimalının az olduğunu iddia edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, astrologun proqnozuna görə, xəstəlik Oxatan, Xərçəng və Oğlaqdan yan keçəcək.

Qloba Oxatan bürcündən olan insanların immun sistemlərinin güclü olduğu üçün sağlam olduqlarını deyib. Bundan başqa o, bildirib ki, onlar  güclü  sinir sisteminə də sahibdirlər. Bu da xəstəliyin öhdəsindən daha yaxşı gəlmələrinə kömək edir.

Xərçəng bürcdən olan insanlar əla sağlamlığa malikdirlər. Onlar səhhətlərinə diqqət yetirirlər və qabaqcadan profilaktik tədbirlər görür. Xərçənglərin əksəriyyəti zərərli vərdişlərə meylli deyil və düzgün qidalanırlar.  Buna görə də, koronavirusa qarşı kifayət qədər gücləri var.

Koronavirus Oğlaq bürcü altında doğulmuş insanlardan da yan keçəcək. Bu, bəlanın qarşısını almağa üstünlük verən ehtiyatlı bürcdür. O, özünü və yaxınlarını təhlükəyə atmayacaq. Oğlaqlar da möhkəm sağlamlığa malikdirlər.  Onlar pis vərdişlərdən uzaq dururlar.