Belarusda prezident seçkilərində erkən səsvermədə iştirak edənlərin sayı açıqlandı


Dünya 07 Avq 2020 14:34:00 142 0

Belarusda prezident seçkilərində erkən səsvermədə iştirak edənlərin sayı açıqlandı

Belarusda prezident seçkilərində erkən səsvermə prosesində 3 gün ərzində 22,47 faiz seçici iştirak edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib.

Ən yüksək seçici fəallığı Qomel vilayətində qeydə alınıb. Burada 3 gün ərzində 30,22 faiz seçici səs verib.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçiriləcək. Hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə namizədliyini irəli sürüb.