Sumqayıtda zavodda baş verən yanğında xəsarət alan 7 nəfərdən birinin vəziyyəti ağırdır


Digərləri 07 Avq 2020 13:13:00 154 0

Sumqayıtda zavodda baş verən yanğında xəsarət alan 7 nəfərdən birinin vəziyyəti ağırdır

Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: "Onlardan birinin vəziyyəti ağırdır".

Qeyd edək ki, bu gün SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.