Bolqarıstanda koronavirusa yoluxmalar artır


Dünya 07 Avq 2020 12:00:00 162 0

Bolqarıstanda koronavirusa yoluxmalar artır

Bolqarıstanda sutka ərzində koronavirusa 303 yeni yoluxma halı baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, lkədə koronavirusa yoluxanların sayı 12717 nəfərə çatıb. 7154 nəfər sağalıb. 424 nəfər ölüb. Xəstəxanalarda 872 nəfər müalicə olunur, 44 nəfər reanimasiya şöbəsində yerləşdirilib.

Qeyd edək ki, Bolqarıstanda xəstələrin sayının çoxalması hökumət tərəfindən yeni məhdudiyyətlərin qəbul etməsi ilə nəticələnə bilər.