Dəniz suyunun duzsuzlaşdırılması su problemini həll edə bilər FOTO


Digərləri 07 Avq 2020 12:05:00 183 0

Dəniz suyunun duzsuzlaşdırılması su problemini həll edə bilər  FOTO

Dünyada baş verən ekoloji proseslər, iqlim dəyişiklikləri içməli su qıtlığının yaranmasına gətirib çıxarıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, dünyanın bir neçə ölkəsində içməli su qıtlığı probleminin qarşısının alınması üçün görülən işlərdən biri də dəniz suyunun duzsuzlaşdırılmasıdır.

Bu təcrübədən Azərbaycanda da istifadə olunur. Belə ki, Salyan rayonunda yerləşən Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində duzlu su şirin su halına gətirilir.

Zavod gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiya əsasında inşa olunub.

Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilmişdir.

İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılmışdır.

2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılmışdır.