İşsizlikdən sığorta fondunun 2020ci il büdcəsi dəyişdirildi


Digərləri 07 Avq 2020 11:40:00 159 0

İşsizlikdən sığorta fondunun 2020ci il büdcəsi dəyişdirildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.