Pentaqon ABŞın Əfqanıstandakı kontingentinin azaldılması üzrə planları təsdiqləməyib
Dünya 07 Avq 2020 11:05:00 158 0
ABŞ Müdafiə Nazirliyi Əfqanıstandakı sülh danışıqlarının uğurlu bitəcəyinə və Ağ Evin təlimatlarına uyğun olaraq İslam Respublikasında yerləşdirilmiş NATO qoşunlarının çıxarılmasına imkan verəcək şərtlərin yerinə yetiriləcəyinə ümid edir.
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinq zamanı Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman deyib.
C.Hoffman prezident Donald Trampın noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər bir neçə min ABŞ hərbçisinin Əfqanıstandan çıxarılması barədə sözlərini təsdiqləməyib: "Mən daha əvvəl imzalanan fərman və sərəncamları müzakirə etmək niyyətində deyiləm".
Xatırladaq ki, daha əvvəl prezident Donald Tramp bildirib ki, ölkəsi yaxın zamanda Əfqanıstandakı ABŞ hərbçilərinin sayını 4 minə qədər azaltmaq niyyətindədir. O vurğulayıb ki, ABŞ-da keçiriləcək prezident seçkiləri günü Əfqanıstanda, yəqin ki, 4-5 min ABŞ hərbçisi qalacaq.
Mənbə: milli.az