Hindistanda COVID19a yoluxanların sayı 2 milyonu ötüb


Dünya 07 Avq 2020 10:21:00 142 0

Hindistanda COVID19a yoluxanların sayı 2 milyonu ötüb

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 538 yoluxma halı qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanda indiyədək COVID-19-a yoluxanların sayı 2 027 074 nəfərə çatıb.

Son 24 saat ərzində koronavirusdan 886 nəfər vəfat edib. Hindistanda virusdan ölənlərin sayı 41 585 nəfərdir.