Kseniya Sobçak cərimələndi
Digərləri 07 Avq 2020 10:54:00 165 0
Moskvanın Meşan Rayon Məhkəməsi televiziya aparıcısı Kseniya Sobçakı "Roskosmos"un baş direktorunun müşaviri İvan Safronova dəstək piketində ictimai tədbirin keçirilməsi qaydalarının pozulmasında təqsirli bilərək 20 min rubl məbləğində cərimələyib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS"a məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.
"Məhkəmə Sobçakı ictimai tədbirin keçirilməsi qaydasının pozulmasında təqsirli bildi və 20 min rubl cərimə şəklində cəza təyin etdi", - məhkəmədə deyiblər.
Qeyd edək ki, İvan Safronov Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək FSB əməkdaşları tərəfindən tutulub. Onu 20 ilə qədər həbs cəzasının gözlədiyi bildirilib.
Mənbə: milli.az