Orta məktəbin binası yanıb


Digərləri 07 Avq 2020 09:20:00 158 0

Orta məktəbin binası yanıb

Cəlilabad rayonunun Cəfərli kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.