Bakıda iki avtomobil toqquşub, xəsarət alan var


Digərləri 07 Avq 2020 09:15:00 179 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Pirallahı rayonunda "Mercedes" və "Nissan" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.