Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq


Dünya 07 Avq 2020 08:07:00 150 0

Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq

Qlobal pandemiya Gürcüstanın turizm sektoruna mənfi təsir göstərib. Ölkənin turizmdən builki gəlirləri 2019-cu illə müqayisədə 80 faiz azalacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze məlumat verib.

Onun sözlərinə görə, bu göstərici turizm gəlirlərinin ilin qalan hissəsi üçün minimal olacağı ehtimalı ilə proqnoz edilir. O, bu rəqəmin dəyişəcəyini də istisna etməyib.