Polis pizza sifarişi ilə şikayət edən qadını belə xilas ETDİ


Digərləri 07 Avq 2020 07:55:00 170 0

Polis pizza sifarişi ilə şikayət edən qadını belə xilas ETDİ

İtaliyada şiddətə məruz qalan qadın polisə zəng edib, pizza sifariş edərək kömək istəyib.

Son.az xəbər verir ki, İtaliyanın Turin şəhərində sevgilisi tərəfindən döyülən qadın pizza sifariş etmə bəhanəsi ilə polisə zəng edib. Ancela adlı qadının hara zəng etdiyinin fərqində olub-olmadığını soruşan polis, təhlükə olduğunu hiss edərək üç dəqiqə sonra hadisə yerinə gəlib. Raul adlı 31 yaşlı şəxs polis tərəfindən saxlanılıb. Məlum olub ki, Raul televizorun işləməməsinə əsəbiləşərək sevgilisinə və onun oğluna şiddət göstərib. Gənc qadın sevgilisindən qorxduğu üçün o yatan zaman pizza sifariş etmək adı ilə evə polis çağırıb. Qadının bu hərəkəti sosial mediada böyük marağa səbəb olub. (ölkə.az)