Gürcüstan iqtisadiyyatında cari ildə 5 faiz azalma olacaq


Dünya 07 Avq 2020 04:31:00 169 0

Gürcüstan iqtisadiyyatında cari ildə 5 faiz azalma olacaq

Qlobal pandemiyanın Gürcüstan iqtisadiyyatına vurduğu ziyanın həcmi daha böyük olacaq. Hökumət iqtisadi göstəricilərə yenidən baxıb və proqnozlar yenilənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Bankının prezidenti Koba Qvenatadze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın 2020-ci il üzrə iqtisadi inkişaf proqnozu qlobal pandemiyaya görə yenilənib. Cari ildə ölkə iqtisadiyyatında azalmanın əvvəlcədən proqnozlaşdırıldığı kimi 4 faiz deyil, 5 faiz olacağı gözlənilir. Bu da pandemiya başlayan dövrdə müşahidə olunan qlobal iqtisadi fəallığın və xarici tələbin azalması ilə bağlıdır.

O deyib ki, 2020-ci ilin birinci yarısında Gürcüstan iqtisadiyyatı 2019-cu ilin eyni dövr ilə müqayisədə 5,8 faiz azalıb.