Milyonluq qarət Koronavirusa yoluxan ən varlı iş adamlarından biri "soyuldu"


Dünya 07 Avq 2020 02:02:00 184 0

Milyonluq qarət  Koronavirusa yoluxan ən varlı iş adamlarından biri "soyuldu"

Rusiyanın paytaxtı Moskvada milyonluq qarət olub.

Son.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə qarətin iş adamı Oleq Tinkov və həyat yoldaşı Rina Vosmana aid kotecdə olduğunu bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs kotecin plastik qapılarını açmağa nail olub və evdən bir milyon rubldan çox pul götürüb.

Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, kotec sahibi Oleq Tinkov qan xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxub və iyulun əvvəlində müalicə üçün İngiltərəyə yollanıb.