Mumbay şəhərinə bir gündə düşən yağıntı son 46 ilin rekordunu yeniləyib


Dünya 07 Avq 2020 01:32:00 158 0

Mumbay şəhərinə bir gündə düşən yağıntı son 46 ilin rekordunu yeniləyib

Hindistanın Mumbay şəhərinə 24 saat ərzində yağan musson yağışları yarım əsrin rekordunu yeniləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hindistanın Meteorologiya departamenti Mumbayın bəzi rayonlarına 330 millimetr yağıntı düşdüyü barədə məlumat yayıb.

"Avqustun 5-i yerli vaxtla saat 08:30-dan avqustun 6-sı saat 08:30-dək Mumbay şəhərinin Kolaba rayonuna 331,8 millimetr yağıntı düşüb. Bu, son 46 ilin rekord göstəricisidir", - deyə departamentin "Twitter" səhifəsində bildirilir.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, şəhərdə yağıntının miqdarı azalsa da, yağışlar davam edəcək.