İlin "quyruq doğdu" dövrü


Digərləri 07 Avq 2020 00:33:00 85 0

İlin "quyruq doğdu" dövrü

Əsrlərdən bəri xalqımızın təqvimində "quyruq doğdu" adlandırılan bir dövr özünəməxsusluğu ilə seçilir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bəzi mənbələrdə bu dövrün avqust ayının 5-6-na təsadüf etdiyi və yayın yarı olduğu dövrü əhatə etdiyi vurğulanır.

Bu xəbəri də oxu: Koronavirus xeyli "cavanlaşıb"

"Quyruq doğdu", yoxsa "quyruq dondu"?

Maldarlıq təsərrüfatında ilin bu dövrü "quyruq dondu" adlandırılır. Səbəb isə bununla izah edilir: deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdən sonra donur. Ancaq tədqiqatçıların fikrincə, yaylaqda əridilmiş quyruq yağının donması vaxtını "quyruq donqu" ifadəsi ilə eyniləşdirmək yanlışdır. Çünki müxtəlif illərdə iqlimdə eyni vaxtda istiliyin fərqli olması, yaylaqların dəniz səviyyəsindən hündürlüyü dəqiq vaxt təyin etməyə imkan vermir. "Quyruq doğdu" isə konkret astronomik vaxtdır ki, hər il, eyni zamanda, baş verir.

Xalqımızın uzunmüddətli müşahidəsinə görə, "quyruq doğdu"dan sonra yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtının gəlib çatdığını bilirdilər.

Tədqiqatçıların əksəriyyəti məşhur Azərbaycan təbiətşünası, maarifçi-alim Həsən bəy Zərdabinin 1905-ci ildə yazdığı "Quyruq doğdu, çillə çıxdı" məqaləsinə istinad edirlər. Həsən bəy Zərdabiyə görə, elə ulduz var ki, ilin bir vaxtında görünür, qeyri-vaxtlarda görünmür və bir də ulduzlar çox olduğundan onları bir-birindən ayırmaqdan ötrü hər bir dəstəyə oxşadığı bir əşyanın, ya da heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. Onların bir dəstəsinə quyruq deyiblər. Həqiqətən, onun heyvan quyruğuna oxşarı var.

Quyruğa oxşayan ulduz dəstəsi

"Azərbaycan etnoqrafiyası" kitabında yazılıb: "Alimlər araşdırmalar nəticəsində göstəriblər ki, "quyruq doğdu" ifadəsi Buğa bürcündəki ulduz topası ilə bağlı yaranmışdır. H.Zərdabinin yazdığı "quyruğa oxşayan ulduz dəstəsi" Buğa bürcündəki Ülkər ulduzlarıdır. Azərbaycanda həmin ulduzlara "Xodək-garvan" və ya "Şamtərəzi" deyirlər". Bunların Buğa bürcündəki Ülkər ulduzları olduğu həqiqətdir. Lakin bunun "quyruq doğdu"ya aidiyyəti yoxdur.

Etnoqraf Qəmərşah Cavadov "Əkinçilik mədəniyyətimizin sorağı ilə" kitabında yenə də Həsən bəy Zərdabinin məqaləsindən istifadə edir. O bildirir ki, əhali yayın yarıdan keçməsini Azərbaycanın müxtəlif zonalarında "Ülkər", "Şamtərəzi", "Xodək-garvan" və "Quyruq doğdu" adları ilə məlum olan ulduzların görünməsi ilə müəyyən edib.

"Sirius" ulduzundan gələn mesaj

Ülkər ulduzları Naxçıvanda iyun ayının 2-də görünür. Etnoqraf Asəf Orucov da "Xalq təqvimi" kitabında Ordubaddan topladığı çöl materialları əsasında bunu təsdiq edir. Müəlliflərin qeyd etdikləri "Xodək-garvan", "Şamtərəzi", "Ülkər ulduzları" fərqli ulduzlardır və bunlardan "quyruq doğdu"ya yalnız "Şamtərəzi" aiddir. (Naxçıvanda buna "Mizan tərəzi", Ordubadda "Arşın tərəzi" deyirlər). Hər kəs avqustun 5-i və sonrakı günlər sübh vaxtı Şərq tərəfə baxarsa, bir-birindən, təxminən, 1,5-2 metr aralı, bir xətt üzrə düzülmüş 3 böyük ulduzu görər. Bu ulduzlar Böyük Köpək bürcünə aiddir. Həmin bürcün quyruğunun ucunda olan çox işıqlı "Sirius" ulduzu göründükdə, buna "quyruq doğdu" (göründü) deyirlər. Bir xətt üzrə düzülən üç, çəpəki daha iki işıqlı ulduz vardır ki, bu beş ulduzun quruluşu tərəziyə oxşayır. Ona görə də buna "Mizan tərəzi" deyirlər.

Tədqiqatçılara görə, Naxçıvanın bəzi bölgələrində bu dövrə bəzən "quyruq doldu" da deyirlər. Ancaq "quyruq doldu", "quyruq dondu" ifadələri payızın yarı olduğu dövrə aiddir. Eybalı Mehrəliyev də "Xalq coğrafi terminləri lüğəti"ndə bu ifadələrin noyabr ayının əvvəlinə aid olduğunu qeyd edir.

Yayın sərinlik dövrünün şah balı

Mərhum tədqiqatçı-jurnalist Zaleh Novruzov mövzu ilə bağlı məqalələrində qeyd edib ki, "quyruq doğan" dövr isə xalq təqvimində "qora bişirən ay"ın içərisindədir (15 iyul - 15 avqust). "Quyruq doğdu"dan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur. Xalq inanclarına görə, "quyruq doğdu"dan sonra mineral sular müalicəvi əhəmiyyətini itirir. Bir də ağaclar yarpağını tökdükdən sonra müalicəvi əhəmiyyəti bərpa olunur.

Qışa hazırlıq dövrü

Tədqiqatçı qeyd edib ki, arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri var. Belə ki, peşəkar arıçıların dediyinə görə, "quyruq doğana" qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olur, tez süzülsə, turşuyar. Sahələrdən küləşi də bu dövrdən sonra yığırlar. Çünki axşamlar artıq şeh düşür, küləş quru olmadığı üçün asan toplanır. Bu dövrdə quzular qırxılıb sürüyə qatılardı. Həmçinin həmərsin, mərmərik (çöl gilənarı) meyvələrində qızarma başlayır ki, bu da xalq təqvimində bir dövr hesab edilir. Bu dövrdə həm də küləş götürüldükdən sonra şum işinə başlanılırdı. Bir sözlə, "quyruq doğdu" ifadəsi qışa hazırlığın başladığı dövr hesab edilir.

Günün qoroskopu: Şəxsi münasibətlər baxımından da əlverişli zamandır like
  • 07 Avq 00:01  
Digərləri Günün qoroskopu: Şəxsi münasibətlər baxımından da əlverişli zamandır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Feysbuk startap dəstək proqramını işə salır like
  • 06 Avq 23:55  
Digərləri Feysbuk startap dəstək proqramını işə salır

Feysbuk onlayn ticarət sahəsində startapların dəstəklənməsi üzrə 12 h

arrow Ətraflı
iOS əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı açıqlanıb like
  • 06 Avq 23:50  
Digərləri iOS əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı açıqlanıb

Smartfon əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.

arrow Ətraflı
Twitter 250 milyon dollar dəyərində cərimələnə bilər: like
  • 06 Avq 23:45  
Digərləri Twitter 250 milyon dollar dəyərində cərimələnə bilər:

Twitter öz istifadəçilərinin konfidensial məlumatlarından istifadə etdiyi

arrow Ətraflı
Pandemiya şəraitində Azərbaycanda sosial siyasət  “Hədəf”də TƏHLİL  FOTO like
  • 06 Avq 23:44  
Digərləri Pandemiya şəraitində Azərbaycanda sosial siyasət “Hədəf”də TƏHLİL FOTO

Koronavirus pandemiyası dövründə Azərtbaycan dövlətinin həyata keçirdiy

arrow Ətraflı
LG Electronics son gəlirlərini açıqladı like
  • 06 Avq 23:40  
Digərləri LG Electronics son gəlirlərini açıqladı

LG Electronics 2020-ci ilin ikinci rübündəki gəlirlərini açıqlayıb.

arrow Ətraflı
İngiltərədə COVID19 üçün 90 dəqiqəlik testlər hazırlanıb like
  • 06 Avq 23:20  
Digərləri İngiltərədə COVID19 üçün 90 dəqiqəlik testlər hazırlanıb

Koronavirus və qripi aşkarlaya bilən yeni 90 dəqiqəlik testlər gələn hə

arrow Ətraflı
Alimlər: 'Kvant dünyasında kəpənək effekti mövcud deyil' like
  • 06 Avq 23:15  
Digərləri Alimlər: 'Kvant dünyasında kəpənək effekti mövcud deyil'

Fantastika janrında olan əsərlər keçmişə düşəcəyimiz halda bizlərə

arrow Ətraflı
Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar like
  • 06 Avq 23:10  
Digərləri Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar

4G şəbəkəsi ilə müqayisədə yeni nəsil 5G şəbəkəsinin diqqət çək

arrow Ətraflı
Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub like
  • 06 Avq 22:59  
Digərləri Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

arrow Ətraflı
Azərbaycanda yaradılan, çoxlarının tanımadığı sosial şəbəkələr like
  • 06 Avq 22:55  
Digərləri Azərbaycanda yaradılan, çoxlarının tanımadığı sosial şəbəkələr

İnstaqram, Feysbuk, Tiktok, Snapchat və digər sosial şəbəkələr startap k

arrow Ətraflı
RFID texnologiyası nədir like
  • 06 Avq 22:50  
Digərləri RFID texnologiyası nədir

Radio Frekansın identifikasiyası mənasını verən RFID ayrı-ayrılıqda və

arrow Ətraflı
Uber şirkəti Londonda çay taksi servisini işə alıb like
  • 06 Avq 22:45  
Digərləri Uber şirkəti Londonda çay taksi servisini işə alıb

ABŞ-ın taksi və çatdırılmış şirkəti olan Uber, Thames Clippers adlı

arrow Ətraflı
iOS 14 Beta 4 təqdim edildi  Bu telefonlarda olacaq like
  • 06 Avq 22:40  
Digərləri iOS 14 Beta 4 təqdim edildi Bu telefonlarda olacaq

iOS 14-ün inkişafı üçün işlər tam sürətlə davam edir. iOS 14 Beta 4 v

arrow Ətraflı
Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb like
  • 06 Avq 22:23  
Dünya Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Fransanın Havr şəhərin silahlı şəxs bankda bir neçə nəfəri girov göt

arrow Ətraflı