Günün qoroskopu: Şəxsi münasibətlər baxımından da əlverişli zamandır


Digərləri 07 Avq 2020 00:01:00 69 0

Günün qoroskopu: Şəxsi münasibətlər baxımından da əlverişli zamandır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında yaranan problemlərin sayına və formalarına rəğmən onları dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapa biləcəksiniz.

Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək.

Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq.

Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Yaşamınızı daha rahat edəcək, məişət problemlərinin həllində işinizi asanlaşdıracaq əşyalar almaq olar.

Buğa - təmaslarda ehtiyatlı və sayıq olun. Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin. Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə bilərsiniz. Huşyar davranın.

Günün ikinci yarısında hətta ən yaxın bildiyiniz insanları çətinliklə anlayırsınız. Onların niyyət və istəklərini başa düşməyə çalışın.

Yaranan problemləri ürəyinizə salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd etməyin.

Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət və gözləntilərinizdə qayda yaradırsınız.

Əkizlər - günün emosional fonu əlverişli deyil. Əhvalınız pisləşəcək, özünüzü yorğun və pərişan hiss edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz.

Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın insanlarla dil tapmaq çətindir.

Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Təşvişə düşməyin, bədbinliyə qapılmayın. Yalnız bu minvalla mənfi təmayülərin öhdəsindən gələ bilərsiniz.

Bilik və məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranır. Aldığınız məlumatları dərin təhlilə uğradın.

Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə fikir verin.

Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan olmasa da, onu tamamlayın. Tənbəl və ətalətli olmayın.

Bütün diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə yönəltsəniz, qarşınızda açılan yeni üfüqləri görəcəksiniz.

Günün ikinci yarısında faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək imkanları var.

Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın.

Vədlər verməyə tələsməyin. Onları yerinə yetirmək asan deyil.

Şir - günün ilk yarısı uğurlu olacaq. Nüfuzlu şəxslə söhbətdə mövqelərinizi müdafiə edin. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır.

Günün ikinci yarısında ciddi, böyük miqyaslı işə başlamayın. Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər formalaşır.

Axşam saatlarını istirahətə həsr edin.

Qız - günün ilk yarısı uğursuz olacaq. Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil.

Günün ikinci yarısında maliyyə vəsaitindən məntiqlə yararlanın. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin.

İşlərinizdə qayda yaradın.

Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər.

Tərəzi - mənfi təmayüllərin təsiri güclü olsa da, gün ümidsiz deyil. Qarşınıza dürüst və real məqsədlər qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə bilərsiniz.

Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya təsiri ilə həll edə bilərsiniz. Amma həmin şəxs bundan sonra da işlərinizə müdaxilə edəcək. Çox xoşagəlməz, arzuolunmaz vəziyyətlər alınacaq.

Günün ikinci yarısında alış-veriş etmək, şübhəli biznes layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil.

Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin.

İntuisiyanıza güvənin. Onun işarələri yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha tez və məntiqidir.

Əqrəb - müsbət təmayüllərin təsirindən yararlanaraq başladığınız işləri başa vurun. İradə, qətiyyət və əzm önəmlidir. Onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz.

İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Lakin yekun qərar qəbul etməyə tələsməyin. Az sonra niyyətlərinizdə dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız.

Günün ikinci yarısında ehtiyatlı olun. Alət və avadanlıqlarla çalışanda diqqətli davranın. Sükan arxasında uzaq səfərlərə yollanmaq məsləhət deyil.

Oxatan - siyasi və ictimai prolseslərə maraq arta bilər. Əsl dəyərlər, ədalət uğrunda səylərinizi əsirgəmədən mübarizəyə başlamaq istəyirsiniz. Güclü rəqiblə qarşılaşanda belə, geri çəkilməyin. Ona qalib gələ bilərsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin.

İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun.

Yaşlı qohumlarla münasibətlərdə problemlər yaranacaq.

Oğlaq - düşərli və məhsuldar gündür. Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində əməkdaşlıqla bağlı gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. Daha maraqlı, maaşı çox olan iş arayırsınız.

Günün ikinci yarısında cəsarətli ideya və fikirləri reallaşdırmaq, eksperimentlər aparmaq olar.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru köklü dəyişikliklərə başlaya bilərsiniz.

Axşam saatlarını yaxınlarınızın yanında keçirin.

Dolça - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla qarşılaşacaqsınız. Nüfuzlu hami də ola bilər. O, qarşılaşdığınız bir sıra prolemləri özü həll edəcək.

Günün ikinci yarısında anlaşma və ya müqaviləyə nail olmaq, mühüm sənəd imzalamaq olar.

Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Planları, həyƏcanları və niyyətlərini sizinlə bölüşmək istəməyən insanla davranış modelindən intuisiyanız xəbər verəcək.

Axşam saatlarını yaxınlarınızla keçirin.

Balıqlar - gün gözlədiyinizdən də uğurlu olacaq. Bel bağlamadığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş sürprizlər, qəfil kəşflər ola bilər. İşdə həmkarlarla fikir ayrılıqları və ixtilafları aradan qaldıracaq, son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız.

Günün ikinci yarısında peşəkar mövqelərinizi möhkəmləndirməyi unutmayın.

Gəlirlər, gəlir mənbələri arta bilər. Alış-veriş üçün əlverişli gündür.

Axşam saatlarında xüsusilə diqqətli olun.

Feysbuk startap dəstək proqramını işə salır like
  • 06 Avq 23:55  
Digərləri Feysbuk startap dəstək proqramını işə salır

Feysbuk onlayn ticarət sahəsində startapların dəstəklənməsi üzrə 12 h

arrow Ətraflı
iOS əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı açıqlanıb like
  • 06 Avq 23:50  
Digərləri iOS əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı açıqlanıb

Smartfon əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.

arrow Ətraflı
Twitter 250 milyon dollar dəyərində cərimələnə bilər: like
  • 06 Avq 23:45  
Digərləri Twitter 250 milyon dollar dəyərində cərimələnə bilər:

Twitter öz istifadəçilərinin konfidensial məlumatlarından istifadə etdiyi

arrow Ətraflı
Pandemiya şəraitində Azərbaycanda sosial siyasət  “Hədəf”də TƏHLİL  FOTO like
  • 06 Avq 23:44  
Digərləri Pandemiya şəraitində Azərbaycanda sosial siyasət “Hədəf”də TƏHLİL FOTO

Koronavirus pandemiyası dövründə Azərtbaycan dövlətinin həyata keçirdiy

arrow Ətraflı
LG Electronics son gəlirlərini açıqladı like
  • 06 Avq 23:40  
Digərləri LG Electronics son gəlirlərini açıqladı

LG Electronics 2020-ci ilin ikinci rübündəki gəlirlərini açıqlayıb.

arrow Ətraflı
İngiltərədə COVID19 üçün 90 dəqiqəlik testlər hazırlanıb like
  • 06 Avq 23:20  
Digərləri İngiltərədə COVID19 üçün 90 dəqiqəlik testlər hazırlanıb

Koronavirus və qripi aşkarlaya bilən yeni 90 dəqiqəlik testlər gələn hə

arrow Ətraflı
Alimlər: 'Kvant dünyasında kəpənək effekti mövcud deyil' like
  • 06 Avq 23:15  
Digərləri Alimlər: 'Kvant dünyasında kəpənək effekti mövcud deyil'

Fantastika janrında olan əsərlər keçmişə düşəcəyimiz halda bizlərə

arrow Ətraflı
Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar like
  • 06 Avq 23:10  
Digərləri Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar

4G şəbəkəsi ilə müqayisədə yeni nəsil 5G şəbəkəsinin diqqət çək

arrow Ətraflı
Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub like
  • 06 Avq 22:59  
Digərləri Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

arrow Ətraflı
Azərbaycanda yaradılan, çoxlarının tanımadığı sosial şəbəkələr like
  • 06 Avq 22:55  
Digərləri Azərbaycanda yaradılan, çoxlarının tanımadığı sosial şəbəkələr

İnstaqram, Feysbuk, Tiktok, Snapchat və digər sosial şəbəkələr startap k

arrow Ətraflı
RFID texnologiyası nədir like
  • 06 Avq 22:50  
Digərləri RFID texnologiyası nədir

Radio Frekansın identifikasiyası mənasını verən RFID ayrı-ayrılıqda və

arrow Ətraflı
Uber şirkəti Londonda çay taksi servisini işə alıb like
  • 06 Avq 22:45  
Digərləri Uber şirkəti Londonda çay taksi servisini işə alıb

ABŞ-ın taksi və çatdırılmış şirkəti olan Uber, Thames Clippers adlı

arrow Ətraflı
iOS 14 Beta 4 təqdim edildi  Bu telefonlarda olacaq like
  • 06 Avq 22:40  
Digərləri iOS 14 Beta 4 təqdim edildi Bu telefonlarda olacaq

iOS 14-ün inkişafı üçün işlər tam sürətlə davam edir. iOS 14 Beta 4 v

arrow Ətraflı
Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb like
  • 06 Avq 22:23  
Dünya Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Fransanın Havr şəhərin silahlı şəxs bankda bir neçə nəfəri girov göt

arrow Ətraflı
Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub like
  • 06 Avq 22:20  
Digərləri Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

Qazax Milli Universiteti nəzdində Beynəlxalq Vaksinologiya Mərkəzinin həki

arrow Ətraflı