Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb


Dünya 06 Avq 2020 22:23:00 160 0

Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Fransanın Havr şəhərin silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda bankın binasında 4 nəfər var, 2 nəfər bankldan çıxa bilib.

Bildirilir ki, silahlı şəxs yerli vaxtla təxminən saat 17:00-da banka daxil olub və tələblər irəli sürüb. Tələblərin nədən ibarət olduğu barədə məlumat verilmir.

Hadisə yerinə terrorla mübarizə üzrə xüsusi polis qüvvələri cəlb edilib, bankın binası mühasirəyə alınıb.