Türkiyədə koronavirusdan sağalanların sayı 220 min nəfəri ötüb


Dünya 06 Avq 2020 22:11:00 169 0

Türkiyədə koronavirusdan sağalanların sayı 220 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 14 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 798 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 153 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 237 265 nəfərə çatıb.