Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”


Dünya 06 Avq 2020 20:56:00 183 0

Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”

"Məni koronavirusa qəsdən yoluxdurublar".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

"Biz hazırda bunu araşdırırıq", - deyə Belarus Prezidenti qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl A. Lukaşenko yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu, lakin xəstəliyi simptomsuz keçirdiyini açıqlayıb.