Apple şirkəti TikToku satın almaq istəyir


Digərləri 06 Avq 2020 20:50:00 163 0

Apple şirkəti TikToku satın almaq istəyir

Apple şirkəti TikTok-un alınması ilə maraqlanır.

Son.az ted.az-a istinadən bildirir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Nəşrin nümayəndəsi Dan Primak-ın sözlərinə görə, Apple-ın bu niyyəti barədə məlumat müxtəlif mənbələrdən dəfələrlə daxil olub, baxmayaraq ki, şirkət daxilində heç kim onu rəsmən təsdiqləməyib. Əgər Apple TikTok-u əldə edərsə, bu, şirkətin tarixində ən böyük satınalma ola bilər.

Nəzərinizə çatdıraq ki, ABŞ prezidenti Donald Tramp (Donald Trump) bazar ertəsi bildirib ki, sentyabrın 15-dək ABŞ şirkətlərindən heç biri TikTok-u əldə etməsə, tətbiq ölkə ərazisində blok ediləcək. Bu vəziyyət ABŞ və Çin hökumətləri arasında gərgin münasibətdən qaynaqlanır.

Qeyd edək ki, TikTok-un satın alınması ilə bağlı daha əvvəl texnologiya nəhəngi Microsoft şirkəti maraqlanırdı. İndi isə Apple şirkəti bu istəyini dilə gətirib.