Finlandiya səyahətlərə yenidən məhdudiyyət qoydu


Dünya 06 Avq 2020 19:19:00 139 0

Finlandiya səyahətlərə yenidən məhdudiyyət qoydu

Finlandiya hökuməti bir sıra ölkələrə gediş-gəlişə yenidən məhdudiyyətlər tətbiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib və avqustun 10-dan etibarən qüvvəyə minəcək.

Qərara əsasən, Finlandiyadan Niderlanda, Belçikaya və Andorraya gediş-gəliş zamanı sərhəd nəzarəti bərpa olunur.

Finlandiya hökuməti iki həftədən-bir turizm üçün tövsiyə edilən ölkələrin siyahısını nəzərdən keçirir.