Tramp: “Koronavirus peyvəndi prezident seçkilərindən əvvəl də hazır ola bilər”


Dünya 06 Avq 2020 18:49:00 151 0

Tramp: “Koronavirus peyvəndi prezident seçkilərindən əvvəl də hazır ola bilər”

ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin prezident seçkilərindən əvvəl hazırlanmasının mümkün ola biləcəyini açıqlayıb.  

Son.az APA-ya istinadən bildirir ki, bu barədə D. Tramp "Geraldo Rivera" radio proqramına müsahibəsində bildirib.

ABŞ Prezidenti COVID-19 peyvəndinin lap yaxın müddətdə hazır ola biləcəyini vurğulayıb.

Aparıcının "Noyabrın 3-dən də tez?" sualına isə ABŞ Prezidenti belə cavab verib: "Bəli, düşünürəm ki, qeyd etdiyiniz tarixdən də əvvəl bu mümkündür, lakin ümumilikdə həmin ərəfəyə də düşə bilər".