Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi


Digərləri 06 Avq 2020 18:34:00 141 0

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, buna səbəb partiya sədrinin çoxsaylı ödənilməmiş cərimələrinin olmasıdır.

Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub. 

Bu gün isə Hafiz Hacıyevin Azadlıq prospektində daha bir qayda pozuntusu edib. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək, ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.

Partiya sədrinin sürücülük hüququnun iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.