Azərbaycan nefti bahalaşıb


Digərləri 06 Avq 2020 18:40:00 169 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 5-də 47,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 46,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 45,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel çoxdur.