İrəvan şəhərinin sabiq meri tutulub


Dünya 06 Avq 2020 17:40:00 156 0

İrəvan şəhərinin sabiq meri tutulub

İrəvan şəhərinin sabiq meri və İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sabiq sədri Robert Nazaryan tutulub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə news.am məlumat yayıb.

Bildirilib ki, R. Nazaryan başladılan cinayət işi çərçivəsində tutulub.

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq merin saxlanıldığını təsdiqləyib.

Ermənistan KİV-in məlumatına görə, R. Nazaryandan tutulmazdan əvvəl sabiq prezident Serj Sarkisyanın əleyhinə ifadə vermək tələb olunub. R. Nazaryan isə bundan imtina edib.