Türkiyədə 9 deputat koronavirusa yoluxub


Dünya 06 Avq 2020 17:22:00 144 0

Türkiyədə 9 deputat koronavirusa yoluxub

Türkiyə parlamentinin 9 deputatı koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin deputatlar hazırda müalicə kursu keçirlər.

Qeyd edək ki, bu günədək Türkiyədə 35 deputat koronavirusa yoluxub.

Ümumilikdə, Türkiyədə koronavirusa yoluxanların sayı 234 934 nəfərə çatıb, 5 765 nəfər vəfat edib.