Fransada açıq məkanlarda da maska taxmaq məcburidir FOTO


Dünya 06 Avq 2020 15:29:00 135 0

Fransada açıq məkanlarda da maska taxmaq məcburidir  FOTO

Fransanın şəhərlərində yerli hakimiyyət orqanlarının qərarları ilə insanların çox olduğu açıq məkanlarda da maska taxmaq məcburi qayda kimi tətbiq olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aidiyyəti şəhərlərin prefektura və meriyaları maskanın məcburi olması ilə bağlı qərarlar qəbul ediblər. Bu şəhərlərin bütün məkanlarında və ya müəyyən hissələrində maska taxmayanlar 1-ci dəfə 135 avro cərimə, 2-ci dəfə 1500 avro, 3-cü dəfə isə 6 ay həbs və ya 3 750 avro cərimə olunacaqlar.

Son günlər COVID-19 virusuna yoluxanların sayı artdığı üçün açıq ictimai yerlərdə, eləcə də dəniz kənarında, çimərliklərdə maska taxmaq məcburidir.