"I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb"


Digərləri 06 Avq 2020 15:01:00 155 0

"I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır:

"Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəxsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır".