Çəkiliş zamanı aktrisanın qol sümüyü çatladı FOTO


Digərləri 06 Avq 2020 14:50:00 149 0

Çəkiliş zamanı aktrisanın qol sümüyü çatladı  FOTO

"19" adlı qısa film üçün obyektiv qarşısına keçən aktrisa Vilma Elles qəzaya düşüb.

Son.az axşam.az-a istinadən bildirir ki, çəkiliş zamanı sənətçinin sol qolu əzilib. Hadisə yerinə təcili yardım çağrılıb və aktrisanın qolunda çat yarandığı bildirilib.

Elles hadisə haqda danışarkən nəzərə gəldiyini söyləyib. Ağrılara baxmayaraq, Vilma çəkilişləri dayandırmayıb.

Covid19 xəstəliyinin peyvəndini tapan bir alimi qoruyan agenti canlandıran Elles son səhnələri qolu sarıqlı çəkib. Aktrisa çəkilişləri başa çatdıqdan sonra Almaniyaya uşaqlarının yanına qayıdıb.