Dünyada ilk dəfə Sumqayıt stadionunda "Meksika dalğası" şəklində fəvvarə kompleksi ucaldılacaq FOTO


Digərləri 06 Avq 2020 12:28:00 150 0

Dünyada ilk dəfə Sumqayıt stadionunda "Meksika dalğası" şəklində fəvvarə kompleksi ucaldılacaq  FOTO

Dünya stadion tikililərində ilk dəfə olaraq Sumqayıt stadionunun qarşısında nerj materialdan hazırlanmış iki futbolçunun mücadilə formatlı heykəli-hərəkətli fəvvarə kompleksi ucaldılacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə stadionun yeni dizayn tərtibat layihəsinin memarı Cahid Həsənov deyib.

Onun sözlərinə görə, bu heykəlin ətrafında hərəkətli fəvvarə inşa olunacaq. Bu fəvvarələr dünya futbolunda məhşur "Meksika dalğası" (yəni azərkeşlərin çiyin-çiyinə verərək yaratdığı dalğa) rolunu oynayacaq.

C.Həsənov əlavə edib ki, dünya stadion tikililərində bir yenilik olan Sumqayıt stadionunun yeni dizaynı modern üslubda olmaqla şəhər memarlığına böyük töhvə verəcək:

"Stadionun ərazisində müxtəlif idman istiqamətləri üzrə 6 heykəl-konstruksiya da quraşdırılacaq. Bu da stadionun təkcə futbol oyunlarının deyil, müxtəlif idman yarışlarının keçiriləcəyi bir məkan olacağına işarədir".