Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular


Dünya 06 Avq 2020 11:22:00 135 0

Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular

ABŞ-ın Florida ştatında polis Prezident Donald Trampın malikanəsinin ərazisinə silahla daxil olmuş 3 yeniyetməni saxlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin yeniyetmələr polis təqibindən qaçarkən təsadüfən D.Trampın Mar-a-Laqo malikanəsinə daxil olublar.

Qeyd olunur ki, polis helikopterlər vasitəsilə onları aşkar edib. Yeniyetmələrin üzərində olan çantadan AK-47 avtomatı və patronlar aşkar edilib.

İnsident baş verən zamanı Prezident və ailəsi malikanədə olmayıb.