Sumqayıda minik maşını yanaraq partlayıb FOTO


Digərləri 06 Avq 2020 08:43:00 143 0

Sumqayıda minik maşını yanaraq partlayıb  FOTO

Sumqayıt şəhərinin 14-cü məhəlləsində, Nəriman Nərimanov küçəsində yanğın qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhər sakinlərindən birinə məxsus olan "Lada Priora" markalı avtomobil qəfildən alışıb və nəqliyyat vasitəsində partlayış baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb. Avtomobilə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.