BMTnin baş katibi: Nüvə silahına sahib olmaq təhlükəsizliyi zəiflədir


Dünya 06 Avq 2020 08:22:00 156 0

BMTnin baş katibi: Nüvə silahına sahib olmaq təhlükəsizliyi zəiflədir

BMT-nin baş katibi Antoniu Quterreş bütün ölkələri nüvə silahının tamamilə məhv edilməsi yoluna qayıtmağa çağırdı.

Son.az Trend-ə istinadən bildirir ki, baş katib bu barədə 1945-ci ildə ABŞ-ın Hirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümü günü çağırış edib.

"Yarandığı ilk günlərdən Birləşmiş Millətlər Təşkilatı nüvə silahının tamamilə ləğv edilməsinin vacibliyini bildirib. Ancaq bu hədəfə hələ də çatmamışıq", - A.Quterreş deyib.

"75 il nüvə silahına sahib olmağın təhlükəsizliyi gücləndirməkdənsə, zəiflədiyini başa düşmək üçün hətta çoxdur", - baş katib bildirib və soyuq müharibədən sonra yaradılan nüvə silahlarına nəzarət müqavilələrinin indi təhdid altında olduğunu etiraf edib.