2020ci ildə Amazon korporasiyasının 7.2 milyard dollardan çox səhmi satılıb


Dünya 06 Avq 2020 08:12:00 132 0

2020ci ildə Amazon korporasiyasının 7.2 milyard dollardan çox səhmi satılıb

Amazon şirkətinin rəhbəri Cef Bezos bu həftə korporasiyasının 3,1 milyard dollardan çox səhmlərini sata bilib.

Son.az Trend-ə istinadən bildirir ki, xəbər ABŞ-ın Qiymətli kağızlar və birja komissiyasına göndərilən bildirişlər əsasında verilib.

Sənədlərə əsasən Bezos daha əvvəl bu il "Amazon"un 4,1 milyard dollardan çox qiymətli kağızların satmağa nail olub. Bu həftənin məlumatı nəzərə alınsa yer üzündəki ən varlı insan səhm satışında 7,2 milyard dollardan çox qazanc əldə edib və korporasiyanın 170 milyard dollardan çox dəyəri olan 54 milyon səhminə sahibdir.

Bildirilir ki, "Amazon" ikinci rübdə 88.9 milyard dollar gəlir əldə edib, mənfəət 5.2 milyard dollar (və ya hər səhm üçün 10.30 dollar) təşkil edib. Bu rəqəm 2019-cu ilin ikinci rübünün nəticələri ilə müqayisədə 40% artıb - o zaman gəlir 63.4 milyard dollar təşkil edib, mənfəət isə 2,6 milyard dollar (və ya hər səhm üçün 5,22 dollar) olub.