“Huawei” sanksiyalara baxmayaraq dünyada ən populyar smartfon istehsalçısı olub


Digərləri 06 Avq 2020 08:05:00 149 0

“Huawei” sanksiyalara baxmayaraq dünyada ən populyar smartfon istehsalçısı olub

Uzun illər "Samsung" dünyada ən populyar smartfon istehsalçısı olub. Son bir neçə ildə isə "Huawei" şirkəti birinci pilləni ələ keçirmək istəyirdi, amma müxtəlif səbəblərə görə buna müvəffəq olmurdu. Amma şirkət ABŞ sanksiyalarının sərt təzyiqi altında olduğu bir vaxtda Cənubi Koreya nəhəngini geridə qoyaraq birinci yeri tutmağa nail olub.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni hesabata əsasən, 2020-ci ilin aprelindən iyun ayınadək olan bir dövrdə "Huawei" şirkəti 55,8 milyon smartfon tədarük edib, reytinqdə ikinci pilləni tutmuş "Samsung" şirkəti isə yalnız 53,7 milyon smartfon tədarük etməyə nail olub. "Huawei" şirkəti tərəfindən tədarük edilmiş smartfonların 50%-dən çoxu Çin bazarının payına düşüb.