“iPhone 12” smartfonu hissəhissə buraxılacaq


Digərləri 06 Avq 2020 07:41:00 153 0

“iPhone 12” smartfonu hissəhissə buraxılacaq

Yeni "Apple" smartfonları satışa hissə-hissə çıxarılacaq. Bu barədə "MacRumors" nəşrinin "DigiTimes" qəzetinin hesabatına istinadən məlumatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, əvvəlcə satışa smartfonun 6,1 düymlük ekrana malik iki versiyasının, daha sonra 5,4 və 6,7 düymlük qurğuların çıxarılması nəzərdə tutulur. Bunu qurğular üçün "SLP" komponentlər istehsalçısının tədarük müddətində görmək olar. Məlumata görə, 6,1 düymlük "iPhone" modelləri üçün komponentlərin tədarükünə artıq başlanılıb, qalan qurğular üçün detalların buraxılışına avqustun sonunda başlamaq planlaşdırılır.

Mənbənin qiymətləndirməsinə görə, bu il "iPhone" üçün komponent hissələr nisbətən gec tədarük ediləcək - yubanma 2-4 həftə təşkil edəcək. Bu, öz növbəsində smartfonların satışa çıxarılma müddətinə təsir göstərəcək.

Payızda "Apple" şirkəti tərəfindən "OLED" ekranlı və "5G" dəstəkli dörd qurğunun təqdim ediləcəyi gözlənilir.